Parlamentdə ekologiya sahəsində ixtisaslaşmış QHT-lərlə görüş keçiriləcək

Parlamentdə ekologiya sahəsində ixtisaslaşmış QHT-lərlə görüş keçiriləcək Milli Məclisin yaz sessiyası dövründə ekologiya sahəsində ixtisaslaşmış QHT-lərlə görüşlərin və müzakirələrin keçirilməsi planlaşdırılır.
Milli Məclis
26 Yanvar , 2023 16:17
Parlamentdə ekologiya sahəsində ixtisaslaşmış QHT-lərlə görüş keçiriləcək

Milli Məclisin yaz sessiyası dövründə ekologiya sahəsində ixtisaslaşmış QHT-lərlə görüşlərin və müzakirələrin keçirilməsi planlaşdırılır.

“Report” xəbər verir ki, bu məsələ qanunverici orqanın Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2023-cü il iş planına daxil edilib.

İş planına həmçinin, içməli su problemi, suyun keyfiyyəti və onun təmizlənməsi texnologiyaları barədə müzakirələrin təşkili də daxil edilib.

Yaz sessiyası müddətində Cop 27-nin nəticələri və Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı, eləcə də suvarma mövsümünə hazırlıq işlərinə dair, həmçinin milli prioritetlər çərçivəsində bərpa olunan enerji haqqında qanunun, energetika sahəsinə aid qanunvericiliyin icrasına dair müzakirələrin keçirilməsi məsələsi planda yer alıb.

Bundan başqa, komitə bu il ərzində Heydər Əliyev Fondu ilə birgə ekoloji maarifləndirmə tədbirləri də təşkil edəcək.

Qeyd edək ki, sessiya dövründə Hacıqabul gölünün mövcud vəziyyəti ilə bağlı müzakirələr də aparılacaq.

Son xəbərlər

Orphus sistemi