Yuxarı

Parlament “Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında” qanun layihəsini müzakirələrdən çıxarıb

Parlament “Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında” qanun layihəsini müzakirələrdən çıxarıb
© Report

Milli Məclis hazırlanma mərhələsində olan “Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında” qanun layihəsini müzakirələrdən çıxarıb.

“Report” xəbər verir ki, barədə parlamentin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova məlumat verib.

Parlamnetdə “Pasiyentlərin və tibb işçilərinin hüquqarı haqqında” ayrıca bir qanunun qəbulu istənilirdi. Səhiyyə Nazirliyi ilə danışıqlar aparıldı, bildirildi ki, hazırda bu barədə ayrıca bir qanuna ehtiyac yoxdur: “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda bununla bağlı bir neçə maddə var. Məhz həmin maddələrin genişləndirilməsi məsləhət oldu”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi