Parlament mayın 31-də "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" layihəni müzakirə edəcək

Milli Məclis
  • 25 may, 2022
  • 10:51
Parlament mayın 31-də 2021-ci ilin dövlət büdcəsinin icrası haqqında layihəni müzakirə edəcək

"2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacağı tarix açıqlanıb.

“Report”un əldə etdiyi məlumata görə, qanun layihəsi parlamentin yaz sessiyasının mayın 31-də keçiriləcək sonuncu plenar iclasında müzakirə olunacaq.

Qeyd edək ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda qanun layihəsi müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.