Parlament “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Parlament “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklikləri təsdiqləyib Milli Məclis “Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklikləri təsdiqləyib.
Milli Məclis
2 Oktyabr , 2023 16:16
Parlament “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Mahir Abbaszadə

Milli Məclis “Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklikləri təsdiqləyib.

“Report”un xəbərinə görə, parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan dəyişiklik layihəsi barədə deputat Mahir Abbaszadə məlumat verib.

Bildirilib ki, layihəyə əsasən, lisenziyanın və icazənin verilməsi üçün qanunla dövlət rüsumunun (ödənişin) ödənilməsi tələb olunduqda, dövlət rüsumunun (ödənişin) ödənilməsi faktını təsdiq edən sənəd bu Qanunun 18.5-ci maddəsində nəzərdə tutulan müddətdə lisenziya və icazə verən orqana təqdim edilmədikdə lisenziya və icazə ləğv ediləcək.

Qeyd edək ki, qanunla tələb olunduğu halda, lisenziyanın verilməsi üçün dövlət rüsumu və icazənin verilməsi üçün dövlət rüsumu və ya ödəniş lisenziya və icazə verən orqanın verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim olunur.
Müzakirələrdən sonra qanun layihələri səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi