Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib.
Parlamentin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, iclasda “Hərbi qulluqçuların statusu haqqında”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında” və “Elm haqqında” qanunlarda, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”də və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə sənəd (ikinci oxunuş) müzakirə edilib.
Komitə sədri Bəxtiyar Əliyev adıçəkilən qanunlara təklif olunan dəyişikliklər haqqında məlumat verib.
Bildirib ki, ölkəmizdə elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək, elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədi ilə Prezident
Komitə üzvləri Musa Qasımlı, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Etibar Əliyev, Kamilə Əliyeva, İsa Həbibbəyli, Afət Həsənova, Rəfael Hüseynov, Anar İsgəndərov, Pərvin Kazımzadə, Eldar Quliyev, Müşfiq Məmmədli, Ceyhun Məmmədov,
İclasın sonunda qanun layihəsinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.