Yuxarı

Aqiyə Naxçıvanlı

 - 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri



2010

2010-cu ildə Azərbaycan Respublikasının Parlament seçkisində Milli Məclisin deputatı, 2015-ci ildən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədridir. Ailəlidir, 2 qızı var.

2009

2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub.

2008

2008-ci ildə “Əməkdar müəllim” fəxri adını alıb. 2008-ci ildə Nərimanov rayon YAP Siyasi Şurasının üzvü seçilib.

2007

2007-ci ildə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı verilib.

2005

2005-2015- ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışıb. 2000-2005-ci illərdə Səbail rayon YAP Qadınlar Şurasının sədr müavini seçilib.

1996

1996-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi verilib.

1972

1972-ci ildə təyinatla Oğuz rayonu 2 №li orta məktəbinə rus dili müəllimi göndərilib. Həmin illərdə məktəb-müəllim Komsomol Təşkilatının sədri seçilib.

1967

1967-72-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun tələbəsi olub.

1950

11 mart 1950-ci ildə Oğuz şəhərində anadan olub, 1957-67-ci illərdə Oğuz şəhər 1 №li orta məktəbdə oxuyub.