Parlament audiovizual media fəaliyyətinə dair yeni dövlət rüsumlarını I oxunuşda qəbul edib

Milli Məclis
  • 04 mart, 2022
  • 09:53
Parlament audiovizual media fəaliyyətinə dair yeni dövlət rüsumlarını I oxunuşda qəbul edib

Milli Məclis Azərbaycanda audiovizual media fəaliyyətinə dair yeni dövlət rüsumlarını I oxunuşda qəbul edib.

"Report"un xəbərinə görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklə lisenziyaların dövlət rüsumunun dərəcəsi ümumölkə yerüstü radio yayımçısı üçün 2 500 manat, regional yerüstü radio yayımçısı üçün 500 manat, peyk yayımı həyata keçirən platforma yayımçısı üçün 2 500 manat, peyk yayımı həyata keçirməyən platforma yayımçısı üçün 1 500 manat, sifarişli yayım xidməti provayderi üçün 500 manat, sadə platforma operatoru üçün 1 500 manat, universal platforma operatoru üçün 2 500 manat, multipleks operatoru üçün 2 500 manat olması təklif edilir.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.