Parlament 18 Oktyabrla bağlı layihəni qəbul edib
Milli Məclis
- 29 oktyabr, 2021
- 08:11
Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.
"Report" xəbər verir ki, dəyişikliyə əsasən bayram günü elan edilən 28 May - Müstəqillik Günü qeyri-iş günü, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü iş günü hesab olunacaq.
Bildirilib ki, Prezident İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunub. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək. Əmək Məcəlləsinə dəyişiklik isə uyğunlaşdırma xarakteri daşıyır.
Müzakirələrdən sonra Əmək Məcəlləsinə təklif olunan dəyişiklik qəbul edilib.
Son xəbərlər
07:20
"Politico" qəzeti ABŞ administrasiyasındakı "boz kardinal"ın adını açıqlayıb
Digər ölkələr06:43
Takaiçi növbədənkənar seçkilər təyin etməklə öz postunu təhlükəyə atdığını bildirib
Digər ölkələr06:20
Rodriqes ümumi amnistiya qanununu dəstəkləyib
Digər ölkələr05:52
Süd Yolu qalaktikasının mərkəzində qara dəlik yox, qaranlıq maddə ola bilər
Elm və təhsil05:16
"SpaceX" raketi daha bir qrup "Starlink" internet peykini orbitə çıxarıb
İKT04:51
AP: Tramp ABŞ hərbçilərini İran və Ukrayna üzrə diplomatik səylərə cəlb edib
Digər ölkələr04:14
"The Washington Post" qəzetinin baş direktoru istefa verib
Digər ölkələr03:48
KİV: Şimali Koreyanın hakim partiyasının qurultayında əsas siyasət istiqamətləri müəyyən ediləcək
Digər ölkələr03:10
Foto