Özünüməşğulluq zamanı şəhid ailələrinə üstünlük veriləcək

Özünüməşğulluq zamanı şəhid ailələrinə üstünlük veriləcək Milli Məclisin bu gün keçirilən plenar iclasında “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis
1 Fevral , 2021 15:59
Özünüməşğulluq zamanı şəhid ailələrinə üstünlük veriləcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, dəyişikliklə Azərbaycanda özünüməşğulluğa kömək göstərilməsi zamanı şəhid ailələrinə üstünlük veriləcək.

Hazırkı qanunun 24-cü maddəsinə əsasən, işsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.

Təklif edilən dəyişikliklə isə qanunun həmin maddəsinə şəhid ailəsinin üzvlərinə sözləri də əlavə edilir. Bununla da özünüməşğulluğa kömək göstərilməsi zamanı şəhid ailələrinə üstünlük veriləcək.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi