“Ovçuluq haqqında” qanuna dəyişiklik edilir

Milli Məclis
  • 19 sentyabr, 2023
  • 07:07
“Ovçuluq haqqında” qanuna dəyişiklik edilir

Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyası üçün ilk iclası keçirilib.

“Report” xəbər verir ki, iclasın gündəliyində 3 məsələnin müzakirəsi yer alıb.

İlk olaraq 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat təqdim olunub. Daha sonra komitənin 2023-cü il payız sessiyası üçün iş planının layihəsi müzakirə olunub.

İclasda həmçinin “Ovçuluq haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) müzakirədən sonra parlamentin plenar iclasına tövsiyə olunub.