Ötən il Ombudsman Aparatının əməkdaşları 341 başçəkmə həyata keçirib

Ötən il Ombudsman Aparatının əməkdaşları 341 başçəkmə həyata keçirib Bakı. 19 aprel. REPORT.AZ/ Ötən il ölkədə fəaliyyət göstərən, şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri 240-dək yerdə ümumilikdə 341, o cümlədən plan üzrə 251, plandankənar 90 başçəkmə həyata keçirilib.
Milli Məclis
19 Aprel , 2018 16:34
Ötən il Ombudsman Aparatının əməkdaşları 341 başçəkmə həyata keçirib

Bakı. 19 aprel. REPORT.AZ/ "Ötən il ölkədə fəaliyyət göstərən, şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri 240-dək yerdə ümumilikdə 341, o cümlədən plan üzrə 251, plandankənar 90 başçəkmə həyata keçirilib".

“Report”un xəbərinə görə, bu, Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində əksini tapıb.

Qeyd olunub ki, onlardan Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerlərinə 149, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, məntəqə tipli həbsxanaya, müalicə müəssisəsinə 81, Dövlət Təhlükəsizlik Xidmətinin Müvəqqəti Saxlama Yeri və İstintaq təcridxanasına 6, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılma Mərkəzinə 4, Təhsil Nazirliyinin xüsusi təlim-tərbiyə, habelə internat müəssisələrinə və xüsusi peşə məktəbinə 30, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin psixiatriya xəstəxanalarına, ruhi-əsəb dispanserlərinə, psixonevroloji uşaq evinə, uşaq və körpələr evinə 37, yerli icra hakimiyyətlərinin tabeliyində olan uşaq evlərinə 23 başçəkmə həyata keçirilib. 

Son xəbərlər

Orphus sistemi