Oqtay Əsədov: “Maliyyə çatışmazlığı ilə əlaqədar bəzi tədbirlərin keçirilməsi mümkün olmadı”

Oqtay Əsədov: “Maliyyə çatışmazlığı ilə əlaqədar bəzi tədbirlərin keçirilməsi mümkün olmadı” Milli Məclisin sədri 2018-ci il üçün parlamentin tədbirlər planını açıqlayıb
Milli Məclis
1372
23 Noyabr , 2017 12:52
Oqtay Əsədov: “Maliyyə çatışmazlığı ilə əlaqədar bəzi tədbirlərin keçirilməsi mümkün olmadı”

Bakı. 23 noyabr. REPORT.AZ/ Milli Məclisin sədri Oqtay Əsədov parlamentinin 2018-ci ildə keçirəcəyi tədbirlərin planını açıqlayıb.

“Report” xəbər verir ki, O.Əsədov deyib ki, maliyyə çatışmazlığı ilə əlaqədar bəzi tədbirlərin keçirilməsi baş tutmayıb.

Onun sözlərinə görə, Milli Məclisdə televiziyanın analoq sistemindən rəqəmsala keçirilməsi, həm də səsvermə sisteminin dəyişdirilməsi məsələsi 2018-ci il həll ediləcək: "Çünki 2018-ci ildə AXC-nin, parlamentin 100 illiyidir, xeyli qonaqlarımız olacaq. 2017-ci ildə ezamiyyə xərclərində müəyyən çətinliklər oldu. Buna baxmayaq biz bütün beynəlxalq təşkilatlarda olan tədbirlərdə iştirak edirdik. Bizim tədbirlərimiz çoxdur, iki böyük tədbirimiz əsasdır. 250 məfərin parlamentarınnı iştirakı ilə böyük tədbir olmalıdır. Əgər Azərbaycan bu tədbirə ev sahibliyin edə bilsə, yaxşı olar. Bu tədbirin keçirilməsi mart-aprel aylarlında nəzətrdə tutulur. İkinci böyük tədbirimiz ATƏT xətti ilə İpəkyolu dəstək proqramı üzrə 30 ölkəninin iştirakı ilə tədbir keçirilməlidir. Əmək haqları istiqamətində də iş gedir. Gələcəkdə bunun nəticələrini görəcəyik”.

Son xəbərlər

Orphus sistemi