Parlament sədri: “Gürcüstan qatil Mixail Avaqyana abidə ucaldılması məsələsində Azərbaycanın mövqeyini nəzərə almalıdır”

Parlament sədri: “Gürcüstan qatil Mixail Avaqyana abidə ucaldılması məsələsində Azərbaycanın mövqeyini nəzərə almalıdır” Bakı. 1 fevral. REPORT.AZ/ “Gürcüstan hökuməti Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində qatil Mixail Avaqyana abidə ucaldılması məsələsində Azərbaycanın mövqeyini nəzərə alacaq”.
Milli Məclis
1 Fevral , 2019 12:19
Parlament sədri: “Gürcüstan qatil Mixail Avaqyana abidə ucaldılması məsələsində Azərbaycanın mövqeyini nəzərə almalıdır”
0 : 00
0 : 00

Bakı. 1 fevral. REPORT.AZ/ “Gürcüstan hökuməti Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində qatil Mixail Avaqyana abidə ucaldılması məsələsində Azərbaycanın mövqeyini nəzərə alacaq”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

O xatırladıb ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verib: “Azərbaycanın Gürcüstandsakı səfiri Gürcüstanın Xarici İşlər Nazirliyində olub. Bu məsələlər üzrə iş gedir. Güman edirəm ki, Gürcüstan hökuməti bu məsələyə diqqət yetirəcək, məsələ həllini tapacaq”.

Spiker bildirib ki, həmin abidəni erməni hökuməti deyil, orada yaşayanlar qoyub: “Gürcüstanın Marneuli rayonunda da azərbaycanlılar heykəl ucaldacaqlar”.

Qeyd edək ki, parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov, deputat Fazil Mustafa Gürcüstanda Mixail Avaqyana abidə ucadılmasına etirazlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi