Oqtay Əsədov Fransa-Qafqaz Dostluq qrupunun rəhbəri Alen Uperi qəbul edib

Oqtay Əsədov Fransa-Qafqaz Dostluq qrupunun rəhbəri Alen Uperi qəbul edib Sentyabrın 30-da Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov Fransa Respublikası Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri və Azərbaycan üzrə sədr müavini Alen Uperin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclis
30 Sentyabr , 2019 18:46
Oqtay Əsədov Fransa-Qafqaz Dostluq qrupunun rəhbəri Alen Uperi qəbul edib

Sentyabrın 30-da Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov Fransa Respublikası Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri və Azərbaycan üzrə sədr müavini Alen Uperin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, Sədr parlamentlərimizdəki dostluq qruplarının qarşılıqlı səfərlərinin münasibətlərimizin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını bildirib. İkitərəfli əlaqələrimizin bugünkü səviyyəyə çatmasında yüksəksəviyyəli görüşlər mühüm rol oynayır. Dövlət başçılarımızın qarşılıqlı səfərləri zamanı aparılan danışıqların iki ölkə arasında əlaqələrin inkişafına böyük töhfələr verdiyini deyən Milli Məclisin Sədri bu günədək Azərbaycan ilə Fransa arasında 50-dən çox hüquqi sənədin imzalandığını qeyd edib.

Fransa Azərbaycanın ən qabaqcıl ticarət tərəfdaşlarından biridir. Cari ilin ilk 8 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 630 milyon ABŞ dolları həcmində olub. Bütövlükdə ötən il bu göstərici 624 milyon təşkil edib. Bu gün ölkəmizdə 50-dən çox fransız şirkəti, o cümlədən “Total” və “Gaz de France” kimi tanınmış şirkətlər uğurla fəaliyyət göstərirlər.

Sədr siyasi, iqtisadi sahələrdəki uğurlarımızın mədəni-humanitar əlaqələrimizə də müsbət təsir etdiyini söyləyib. Bildirilib ki, 2012-ci ildən Parisdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə açılmış Azərbaycan Mədəniyyət Mərkəzi uğurla fəaliyyət göstərir. Biz tez-tez bu ölkədə Azərbaycan mədəniyyət günlərinin keçirilməsinin şahidi oluruq. Heç də təsadüfi deyil ki, Azərbaycan ilə Fransanın 14 şəhər və 1 vilayəti arasında əməkdaşlıq və dostluq sazişi imzalanıb. Azərbaycan Fransa ilə həyatın ən müxtəlif sahələrində əlaqələri genişləndirmək niyyətindədir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Fransa-Qafqaz dostluq qrupunun rəhbəri Alen Uper ölkəmizə səfərindən və səfər çərçivəsində keçirilən görüşlərdən məmnunluğunu ifadə edib. Qeyd edilib ki, Fransa Qafqazın bu bölgəsi ilə siyasi, iqtisadi və mədəni əlaqələri dərinləşdirmək niyyətindədir. Münasibətlərimizin daha da inkişaf etdirilməsində parlamentlərarası əlaqələr mühüm rol oynayır. Deputatlarımızın qarşılıqlı səfərləri, mütəmadi görüşləri ümumi məqsədlərə xidmət edir.

Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüş Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Cavanşir Feyziyev, Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros və digər rəsmi şəxslər iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi