Ombudsman Aparatında Ayrı-seçkiliyə qarşı mübarizə şöbəsi yaradıla bilər

Ombudsman Aparatında Ayrı-seçkiliyə qarşı mübarizə şöbəsi yaradıla bilər Ombudsman Aparatında Ayrı-seçkiliyə qarşı mübarizə şöbəsi yaradıla bilər.
Milli Məclis
3 Noyabr , 2023 11:51
Ombudsman Aparatında Ayrı-seçkiliyə qarşı mübarizə şöbəsi yaradıla bilər

Ombudsman Aparatında Ayrı-seçkiliyə qarşı mübarizə şöbəsi yaradıla bilər.

“Report” xəbər verir ki, bu təkliflə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib.

O bildirib ki, Ombudsman təsisatının fəaliyyətinin gücləndirilməsi, o cümlədən pozulmuş insan hüquqlarının bərpası, habelə insan hüquqlarının pozulmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlərin genişləndirilməsi məqsədilə qəbul edilmiş qanunvericilik aktları, müvafiq qərarlar, habelə İrqçilik və Dözümsüzlük əleyhinə Avropa Komissiyasının da tövsiyələrində qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması və bütün şəxslər üçün bərabər hüquqların təmin edilməsi, bu sahədə problemlərin müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə əlavə resursların təmin edilməsi baxımından Ombudsman Aparatında Ayrı-seçkiliyə qarşı mübarizə şöbəsi yaradılmalıdır.

S.Əliyeva qeyd edib ki, eyni zamanda Edinburq Bəyannaməsindən irəli gələn tövsiyələrin ölkədə icrası, həmçinin xarici təcrübəni nəzərə alaraq, Ombudsman Aparatında “Biznes və insan hüquqları” sektoru təşkil edilməlidir.

“Ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı beynəlxalq qurumların geniş məlumatlandırılması, qabaqcıl təcrübənin əldə edilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsi, həmçinin müxtəlif ölkələrdə fəaliyyət göstərən milli insan hüquqları institutları ilə əlaqələrin genişləndirilməsi məqsədi ilə xarici ölkələrdə təşkil edilmiş beynəlxalq tədbirlərdə ezamiyyə qaydasında iştirakın təmin edilməsinə yönəlmiş maliyyə təminatı artırılmalıdır. Bu məqsədlə xarici ölkələrə ezamiyyə xərclərinin normalarına yenidən baxılması, dövlət strukturları üçün nəzərdə tutulmuş proqram təminatı lisenziyalarının alınması Ombudsman aparatının və regional mərkəzlərinin maddi bazasının yenilənməsi və müasirləşdirilməsinə maliyyə dəstəyinin verilməsi də insan hüquqlarının daha effektiv və çevik müdafiəsi baxımından olduqca əhəmiyyətlidir. Ümid edirəm ki, qeyd etdiyim təkliflər ölkəmizin maliyyə durumuna müvafiq olaraq öz həllini tapacaq, bununla da insan hüquqlarının etibarlı müdafiəsinə dəstək verəcək”, - Ombudsman əlavə edib.

Son xəbərlər

Orphus sistemi