Nazir: “Ötən il pandemiya ilə mübarizəyə 807 milyon manat xərclənib”

Nazir: “Ötən il pandemiya ilə mübarizəyə 807 milyon manat xərclənib” “Ötən il koronavirus pandemiyası ilə mübarizəyə 807 milyon manat vəsait xərclənib”.
Milli Məclis
25 May , 2022 11:36
Nazir: “Ötən il pandemiya ilə mübarizəyə 807 milyon manat xərclənib”

“Ötən il koronavirus pandemiyası ilə mübarizəyə 807 milyon manat vəsait xərclənib”.

“Report”un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, ötən il pandemiya ilə mübarizəyə 261 milyon ayrılsa da bu məbləğ kifayət etməyib:

“Pandemiya ilə mübarizə üçün əlavə olaraq həm dövlət büdcəsinin ehtiyat fondundan 266 milyon manat, icbari tibbi sğorta fondundan 280 milyon manat ayrılıb. Ayrılmış vəsait əsasən vaksinlərin və müvafiq tibbi avadanlıqların alınmasına, həkimlərə, könüllülərə xüsusi ödənişlərə və digər tibbi xərclərə sərf edilib”.

Son xəbərlər

Orphus sistemi