Nazir müavini: "Ölkənin 1 000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb"

Nazir müavini: "Ölkənin 1 000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb" MSK sədri Məzahir Pənahov və rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov MSK-da yaradılan “veb-kamera”lara texniki nəzarət mərkəzində olublar
Milli Məclis
21 Oktyabr , 2015 16:18
Nazir müavini: Ölkənin 1 000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb

Bakı. 21 oktyabr REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, nazir müavini İltimas Məmmədov MSK-da yaradılan “veb-kamera”lara texniki nəzarət mərkəzində olublar.

“Report”un məlumatına görə, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bildirib ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün seçki məntəqələrində quraşdırılan veb-kameralar tam hazır vəziyyətdədir.

Onun sözlərinə görə, seçki məntəqələrində səsverməni internet vasitəsilə izləmək mümkün olacaq: “MSK-nın saytına daxil olmaqla internet vasitəsilə seçkini izləmək olar. Əvvəllər hər hansı proqramların yüklənməsi lazım idisə, indi buna ehtiyac olmayaq. 124 seçki dairəsini əhatə edən veb-kameralar seçki məntəqələrinin 20 faizini təşkil edir, bu da 1 000 məntəqə deməkdir. Veb-kameralar quraşdırılan məntəqələrdən informasiyasının ötürülməsi üçün yüksək parametrli xətlərin ayrılması ilə şəbəkə yaradılıb”.

İ.Məmmədov qeyd edib ki, 5 415 məntəqədə telefonlaşdırma işi yekunlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi