Nazir müavini əlilləri işə götürməyən şirkətlərə tətbiq olunan cərimənin artırılmasını istəyir

Nazir müavini əlilləri işə götürməyən şirkətlərə tətbiq olunan cərimənin artırılmasını istəyir Bakı. 4 may. REPORT.AZ/ “Azərbaycanda ərazi bütövlüyü uğrunda əlil olmuş şəxslər mənzillə təmin olunur. Bununla bağlı 2014-2018-ci illəri əhatə edən dövlət proqramı qəbul olunub. Növbəti 4 il üçün də bu proqram qəbul olunacaq, o zaman da bu kateqoriyadan olan əlillər diqqət mərkəzində olacaq”.
Milli Məclis
4 May , 2018 15:28
Nazir müavini əlilləri işə götürməyən şirkətlərə tətbiq olunan cərimənin artırılmasını istəyir

Bakı. 4 may. REPORT.AZ/ “Azərbaycanda ərazi bütövlüyü uğrunda əlil olmuş şəxslər mənzillə təmin olunur. Bununla bağlı 2014-2018-ci illəri əhatə edən dövlət proqramı qəbul olunub. Növbəti 4 il üçün də bu proqram qəbul olunacaq, o zaman da bu kateqoriyadan olan əlillər diqqət mərkəzində olacaq”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Nazir müavini əlillərin işə götürülməməsi məsələsinə də toxunub: “Qanunvericilikdə müəssisələrdə əlillər üçün iş kvotası müəyyən edilib. Bu kvotaya əməl etməyənlərlə bağlı cəzalar nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsində bu məbləğ 45 manatdır. Düşünürəm ki, bunu artırmaq lazımdır. Çünki əlili işə götürməyən müəssisə rahatlıqla 45 manatı ödəyə bilər”.

N.Məmmədov qeyd edib ki, əlilliyin təyin olunmasında vətəndaş-məmur münasibəti sıfıra enib: “Əvvəllər bu sahədə xeyli rüşvətxorluq faktı qeydə alınırdı. Bu gün isə, demək olar ki, tibbi sosial ekspert komissiyalarının fəaliyyəti ilə bağlı şikayətlər yoxdur”.

Son xəbərlər

Orphus sistemi