Nazir müavini bələdiyyələrin sayının azaldılması ilə bağlı təkliflərə münasibət bildirib

Nazir müavini bələdiyyələrin sayının azaldılması ilə bağlı təkliflərə münasibət bildirib “Bələdiyyələrlə bağlı dəyişikliklərin edilməsi üçün yəqin ki, Milli Məclisin Regional məsələlər komitəsi müəyyən qanun layihələri hazırlaya bilər. Çünki parlament qanunverici orqan olduğundan buna səlahiyyəti var. Ədliyyə Nazirliyi olaraq da lazımi köməkl
Milli Məclis
24 Fevral , 2023 12:44
Nazir müavini bələdiyyələrin sayının azaldılması ilə bağlı təkliflərə münasibət bildirib

“Bələdiyyələrlə bağlı dəyişikliklərin edilməsi üçün yəqin ki, Milli Məclisin Regional məsələlər komitəsi müəyyən qanun layihələri hazırlaya bilər. Çünki parlament qanunverici orqan olduğundan buna səlahiyyəti var. Ədliyyə Nazirliyi olaraq biz də lazımi köməklikləri göstərməyə hazırıq”.

“Report” xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov parlamentin fevralın 24-də keçirilən plenar iclasında "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi" ilə bağlı səsləndirilən təkliflərə cavabında deyib.

Nazir müavini xatırladıb ki, bələdiyyələrin və üzvlərinin sayının azaldılması qüvvədə olan qanunvericiliyə uyğun həll edilir: “Bələdiyyələrin səlahiyyətləri də konstitusiyaya uyğun tənzimlənir. Dəyişiklik istəyiriksə, mütləq şəkildə konstitusiyaya yenidən baxılmalıdır. Bələdiyyə sədrləri və üzvlərinin iştirakı ilə görüşlərin keçirilməsi də mümkün ola bilər”.

Son xəbərlər

Orphus sistemi