Bakı. 15 noyabr.
“Report”un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O, azalmanın səbəbini də izah edib: “Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə azalma onunla bağlıdır ki, növbəti ildən “İşsizlikdən sığorta haqqında” qanun fəaliyyətə başlayacaq. İndiyə qədər fondun vəsaitləri hesabına ödənilən işsizlik müavinətləri artıq fondun büdcəsindən çıxarılıb. Həmin vəsaitlər işsizlikdən sığorta fondunun vəsaitləri hesabına ödəniləcək”.
Nazir qeyd edib ki, 2018-ci ildə əmək pensiyaları üzrə xərclər 3 milyard 407 milyon manat proqnozlaşdırılır.
S.Müslümov vurğulayıb ki, 2017-ci ilin yanvar-sentyabr aylarında əhalinin nominal gəlirləri 8 faiz artıb, inflyasiya 13.9 faiz olub, orta əmək haqqı 7,5 faiz artıb.