Nazir müavini: "Analitik Ekspertiza Mərkəzinin strukturuna dəyişiklik ediləcək"

Nazir müavini: "Analitik Ekspertiza Mərkəzinin strukturuna dəyişiklik ediləcək" Hazırda Analitik Ekspertiza Mərkəzinin strukturuna dəyişiklik layihəsi hazırlanır.
Milli Məclis
20 İyun , 2023 13:06
Nazir müavini: Analitik Ekspertiza Mərkəzinin strukturuna dəyişiklik ediləcək
Rasim İsmayılov

Hazırda Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin strukturuna dəyişiklik layihəsi hazırlanır.

“Report” xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında məlumat verib.

Onun sözlərinə görə, mərkəz Dövlət Gömrük Komitəsinin və idxalçıların dərman anbarlarının zəruri tələblərə cavab verib-verməməsinin monitorinqini aparacaq.

Nazir müavini həmçinin bildirib ki, dərmanların keyfiyyət məsələsinə nəzarət mexanizmi də qanunvericilikdə öz əksini tapmalıdır: “Hər dərman idxalı partiyasını da nazirliyin müvafiq qurumu müayinə edəcək. Eyni zamanda elektron təqib və elektron reseptlə də dərman vasitələrinə nəzarət sistemini təmin edə biləcəyik”.

Son xəbərlər

Orphus sistemi