Nazir: "Azərbaycanda su ehtiyatları ilə bağlı vəziyyət gərgin olaraq qalır"

Nazir: "Azərbaycanda su ehtiyatları ilə bağlı vəziyyət gərgin olaraq qalır" “Son həftələr müşahidə edilən yağıntılar su ehtiyatlarının artmasına şərait yaradıb. Bununla belə ölkədə su ehtiyatları ilə bağlı gərgin vəziyyət davam etməkdədir”.
Milli Məclis
221
23 Noyabr , 2021 16:03
Nazir: Azərbaycanda su ehtiyatları ilə bağlı vəziyyət gərgin olaraq qalır

“Son həftələr müşahidə edilən yağıntılar su ehtiyatlarının artmasına şərait yaradıb. Bununla belə ölkədə su ehtiyatları ilə bağlı gərgin vəziyyət davam etməkdədir”.

“Report”un xəbərinə görə, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məslisin bu gün keçirilən plenar iclasında - “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: “İşğaldan azad edilən ərazilərin su ehtiyatlarının da istifadə edilməsi gündəmdədir. Bu da su ilə bağlı məsələlərə öz töhfəsini verəcək”.

Son xəbərlər

Orphus sistemi