Nazir: Azərbaycanda sosial yardımlar üçün istəklər həmişə çox olacaq

Nazir: Azərbaycanda sosial yardımlar üçün istəklər həmişə çox olacaq 2018-ci ilin sonunda cəmi 35 min ailəyə ünvanlı dövlət sosial yardım verilirdisə, hazırda bu rəqəm 70 mini keçib. İstək daha çoxdur və artacaq.
Milli Məclis
22 May , 2024 12:31
Nazir: Azərbaycanda sosial yardımlar üçün istəklər həmişə çox olacaq

2018-ci ilin sonunda cəmi 35 min ailəyə ünvanlı dövlət sosial yardım verilirdisə, hazırda bu rəqəm 70 mini keçib. İstək daha çoxdur və artacaq.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin Əmək və sosial siyasət komitəsinin mayın 22-də keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əvvəlki illərdə cəmi min ailə özünüməşğulluq proqramına cəlb edilirdisə, indi isə bu, ildə 16 mindir: “Amma yenə də istək və arzu çoxdur, say artacaq. Peşə hazırlığına cəlb olunanların sayı da üç min idisə, bu il 18 mindir. Bu istiqamətlərdə mütəmadi say artımı olsa da, həmişə istəklər çox olacaq, bunu da birmənalı qəbul edirik. Amma əsas məsələ bunun dayanıqlı olmasıdır”.

Son xəbərlər

Orphus sistemi