Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sabiq sədri Naxçıvan Ali Məhkəməsinin hakimi təyin edilib

Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sabiq sədri Naxçıvan Ali Məhkəməsinin hakimi təyin edilib Layihə parlamentə Prezident İlham Əliyevin imzası ilə daxil olub
Milli Məclis
2495
13 Fevral , 2018 12:12
Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sabiq sədri Naxçıvan Ali Məhkəməsinin hakimi təyin edilib

Bakı. 13 fevral. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında Qasım Vəli oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılıb.

“Report”un xəbərinə görə, iclasda bildirilib ki, layihə parlamentə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Q.Əliyev öz ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsindən azad edilib. O, 2008-ci ildən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri idi.