Bakı. 6 oktyabr. REPORT.AZ/ “Müsavat Partiyasının parlament seçkilərində iştirak etməsi müxalifətin mövcudluğunu sübut edir”.
“Report”un məlumatına görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bu gün keçirdiyi mətbuat konfransında deyib.
O hesab edir ki, Müsavat Partiyasının bu addımı doğrudur: “Seçkiləri boykot etmək çox asandır. Seçkidə iştirakın çətinliyi bunu deməyə əsas verir”.
A.Hacılı bildirib ki, partiyanın 12 üzvünün deputatlığa namizədliyi qeydə alınıb: “Bu müddət ərzində 300 mindən çox seçici ilə təmasda olmuşuq. Bilirsiz ki, namizədlərin qeydiyyatı ilə bağlı Müsavat üzvlərinə əngəllər yaradırlar. Ona görə də partiya seçkidə iştirakla bağlı qərarına yenidən baxacaq. Deputatlığa namizədlərin qeydiyyatı başa çatdıqdan sonra seçkilərdə iştirakın formasına bir daha baxacağıq. Seçkidə iştirakla bağlı qərarı NİDA və REAL hərəkatlarının nümayəndələri ilə birgə müzakirə edəcəyik. Amma yekun qərar partiya Divanının fövqəladə toplantsında qəbul olunacaq”.