MSK sədri deputatlığa namizədləri imzatoplama zamanı diqqətli olmağa çağırıb

MSK sədri deputatlığa namizədləri imzatoplama zamanı diqqətli olmağa çağırıb Deputatlığa namizədlər imzatoplama zamanı diqqətli olmalı və səsləri qanunvericiliyin tələbinə uyğun toplamalıdır.
Milli Məclis
9 Yanvar , 2020 16:37
MSK sədri deputatlığa namizədləri imzatoplama zamanı diqqətli olmağa çağırıb
Report

"Deputatlığa namizədlər imzatoplama zamanı diqqətli olmalı və səsləri qanunvericiliyin tələbinə uyğun toplamalıdır".

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, vəzifəli şəxslər, o cümlədən bələdiyyə üzvləri namizəd üçün imza toplanılmasında iştirak edə bilməz:

“Bu cür məsələlərdə namizədlər diqqətli olmalıdır. Biz çalışırıq ki, məsələləri namizədin xeyrinə həll edək, lakin bu cür məsələlər olduğu halda biz namizədə kömək edə bilmirik”.

Son xəbərlər

Orphus sistemi