​MSK Müsavat Partiyasının Məclis üzvünün deputatlığa namizədliyini qeydə almayıb

​MSK Müsavat Partiyasının Məclis üzvünün deputatlığa namizədliyini qeydə almayıb MSK DSK-nın Nəsiman Yaqublu ilə bağlı qərarı qüvvədə saxlayıb
Milli Məclis
10 Oktyabr , 2015 17:21
​MSK Müsavat Partiyasının Məclis üzvünün deputatlığa namizədliyini qeydə almayıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Müsavat Partiyasının Məclis üzvü, tarixçi alim Nəsiman Yaqublunun şikayətinə baxılıb. 

“Report”un məlumatına görə, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizədliyini irəli sürən N.Yaqublu müraciətində DSK-nın qərarının əsassız olduğunu iddia edib.

MSK-nın Ekspert Qrupunun araşdırması nəticəsində N.Yaqublunun DSK-ya təqdim etdiyi 550 imzadan 160-nın etibarsız olduğu üzə çıxıb. 160 seçici onlardan aldadılma yolu ilə imzaların toplanıldığını bildirib.

Ona görə MSK DSK-nın N.Yaqublu ilə bağlı qərarı qüvvədə saxlayıb və onun namizədliyi qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi