ABŞ Konqresinin Aşağı Palatasının sədri Nensi Pelosinin ağlamaqdan ürəyi gedib ölsə də Azərbaycan əsgərləri yerindən tərpənməyəcək.
“Report”un xəbərinə görə, bunu parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında, Milli Məclisin vitse-spikeri, komitə sədri Fəzail İbrahimli Nensi Pelosinin İrəvan səfərini şərh edərkən deyib.
“İnsan 80 yaşından sonra nə desən ağlayır. Onlar ağlamağı bacarmır, şou göstərir. Bunlar erməni pulu ilə senator seçilir, dolanırlar. Onun ağlamaqdan ürəyi gedib orda ölsə də Azərbaycan əsgərləri yerindən tərpənməyəcək”, - deyə F.İbrahimli bildirib.
O qeyd edib ki, Nensi Pelosi ağlamağının Ermənistana xeyri yoxdur, əksinə ziyanı var:
“Ancaq biz də buna dövlət olaraq laqeyd qala bilməzdik. Bu məsələyə Sahibə Qafarovanın da mövqeyi var".
Komitə sədri deyib ki, Pelosi demokratiyanın qara üzünü, Amerika demokratiyasının boz sifətini Azərbaycana göstərib:
"Torpaq qurbansız əldə olunmur. Bizim kifayət qədər uğurlarımız var. Bizim də hər birimizin borcu uğurlarımızı dəstəkləməkdir".