Deputat: “Bəzi skuter sürənlər yol hərəkəti qaydalarına əməl etmirlər”

Deputat: “Bəzi skuter sürənlər yol hərəkəti qaydalarına əməl etmirlər” “Bu gün şəhərdə skuterlərdən istifadə olunur və bəzi sürənlər yol hərəkəti qaydalarına əməl etmirlər”.
Milli Məclis
29 Noyabr , 2022 16:18
Deputat: “Bəzi skuter sürənlər yol hərəkəti qaydalarına əməl etmirlər”

“Bu gün şəhərdə skuterlərdən istifadə olunur və bəzi sürənlər yol hərəkəti qaydalarına əməl etmirlər”.

“Report” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Şahin İsmayılov parlamentin noyabrın 29-da keçirilən plenar iclasında deyib.

Deputat söyləyib ki, skuterlərin sürəti 60 km/saatdır.

O bildirib ki, xaricdə bu məsələnin aradan qaldırılması üçün skuterlərə fərqlənmə nişanlarının vurulması məcburiyyəti yaranıb:

“Bizdə də bu təcrübədən istifadə olunsun. Azərbaycanda artan templə skuterlər yayılmağa başlayıb. Fərqlənmə nişanlarının qoyulması nəticəsində gələcəkdə qəza törədən zaman kimlərin günahkar olduğunu aydınlaşdırmaq olar”.

Son xəbərlər

Orphus sistemi