“Tariximizin və taleyimizin ən şərəfli nöqtəsi düşmən üzərində qələbə və Zəfər paradı olub. Tarixin bütün keşməkeşlərindən uğurla keçən mənim millətim dünya millətləri sırasında ucada dayanmalıdır. Biz bu ucalığı təmin etmişik”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“30 il Azərbaycan gərgin həyat yaşadı. Hüquqlarımız pozuldu. Ancaq geri qaytardıq. Azərbaycana qarşı yenə də qara qüvvələr fəaliyyət göstərməkdədir. Bu gün qalib dövlətin, qalib hökuməti hesabat verir. Əvvəllər parlament-hökumət münasibətlərində ciddi soyuqluq var idi. Televiziyada iki mahnı oxuyub Azərbaycan xalqının əsəbləri ilə oynayanlar “Xalq artisti” adını aldı. Hökumətin fəaliyyəti xalqın gözündən düşməyə başladı. Dövlət başçısı bu məsələlərin üstünə getdi və kadr, struktur dəyişiklikləri apardı. Bu gün parlament-hökumət münasibətləri çox yaxşıdır. İdeal insan və hökumət yoxdur. Bu gün hökumətin fəaliyyətinə kölgə salan qüsurlar yoxdur. Ümumiyyətlə isə hökumətin fəaliyyəti məqbuldur”, - o əlavə edib.