MM-in sədr müavini: "Azərbaycana qarşı məkrli niyyətlərin qarşısında güclü olmaq əsl vətəndaşlıq tələb edir"

MM-in sədr müavini: "Azərbaycana qarşı məkrli niyyətlərin qarşısında güclü olmaq əsl vətəndaşlıq tələb edir" "Azərbaycana qarşı məkrli niyyətlərin qarşısında güclü olmaq siyasi mövqeyindən asılı olmayaraq əsl vətəndaşlıq tələb edir".
Milli Məclis
1 Noyabr , 2022 11:17
MM-in sədr müavini: Azərbaycana qarşı məkrli niyyətlərin qarşısında güclü olmaq əsl vətəndaşlıq tələb edir
Fəzail İbrahimli

"Azərbaycana qarşı məkrli niyyətlərin qarşısında güclü olmaq siyasi mövqeyindən asılı olmayaraq əsl vətəndaşlıq tələb edir".

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli “Parlament-QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycana qarşı uzanan iti caynaqlar hər kəsə məlumdur: “Nə qədər ki, Azərbaycan qalib deyildi hər kəs məzlum dövlət formasında bizə qarşı müəyyən qədər emosional şəkildə ərazi bütövlüyümüzü dəstəkləyirdi. Ancaq 30 il müddətində heç bir nəticə əldə edə bilmirdik. Bu gün Azərbaycan qalib ölkə olaraq öz haqqını tələb edərək sərhədlərini bərpa etdi. Qələbədən sonra Azərbaycanı gözü götürməyən bəzi dövlətlərin canına üşütmə düşüb, vahimə içərisində yaşayır. Bizə çox yaxşı məlum idi ki, bu günə qədər Azərbaycanın başına gələn müsibətlərin arxasında böyük güclər dayanır. Biz qurbanlar hesabına dövlətçiliyimizi, mənliyimizi qoruyub saxlaya bildik. Biz tək Ermənistanla vuruşmurduq. Sırf Vətən müharibəsində Ermənistanla təkbətək vuruşduq və onda da qalib gəldik. Bir atalar misalı var: “Arxalı köpəyi qurd basar”. Odur ki, əldə etdiyimiz uğurları qoruyub saxlamaq lazımdır”.

Son xəbərlər

Orphus sistemi