“Təəssüflər olsun ki, icbari tibbi sığortanın həyata keçirilməsi pandemiya dövrünə təsadüf edib. İcbari tibbi sığortanın həyata keçirilməsi nəticəsində əhali 2500-dən çox xidmət ala bilir”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, icbati tibbi sığortanın həyata keçirilməsi ilə Azərbaycanda ailə həkimi institutu formalaşmağa başlayıb:
“Bununla bağlı məmnunluq da yaranmağa başlayıb. Bütün bu uğurlara baxmayaraq icbari tibbi sığorta ilə bağlı da bir çox narahatlıq da mövcuddur. Yüksək texnologiyalı əməliyyatların keçirilməsi üçün klinikalarda növbələr var. Hesab edirəm ki, icbari tibbi sığorta zərfinin genişləndirilməsinə ehtiyac var”.