Milli Məclis “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsini ikinci oxunuşda təsdiqləyib

Milli Məclis “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsini ikinci oxunuşda təsdiqləyib Bakı. 19 fevral. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirə edilib.
Milli Məclis
19 Fevral , 2019 14:13
Milli Məclis “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsini ikinci oxunuşda təsdiqləyib

Bakı. 19 fevral. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirə edilib.

“Report” xəbər verir ki, layihə barədə parlamentin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev məlumat verib.

Deputat, əsasən" qanunun 5-ci maddəsində dəyişiklik edildiyini bildirib: "Sənədin 5.7.1 maddəsində 18 yaşadək gənclərə tütün məmulatları və spirtli içkilərlə yanaşı, alkoqollu energetik içkilərin də satışının qadağası nəzərdə tutulurdu. Ancaq bu maddə daha da sərtləşdirildi və bütün növ energetik içkilərin satışına məhdudiyyət  tətbiq edildi. Bundan başqa, 7.2-ci maddədə də dəyişiklik edidi. “Təhsil haqqında” qanunun 28-ci maddəsi və “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 12-ci maddəsini tam olaraq 7.2-ci maddə ilə uyğunlaşdırdıq. Burada dövlət təhsil müəssisələrində təhsil alan gənclərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət göstərilməsindən söhbət gedirdi. Həmçinin müvafiq icra hakimiyyəti orqanlarının təhsil müəssisələrində əyani təhsil alan gənclərin təhsil müəssisələrinin vəsaiti hesabına hər il kompleks tibbi müayinədən keçirilməsi qeyd olunurdu".

Ü.Quliyev həmçinin deyib ki, 1-ci maddədəki gənclər təşkilatı anlayışında “icra orqanlarının üzvlərinin və təsisçilərinin yaşı 35-dən yuxarı olmayan” ifadəsi çıxarıldı və bununla da məhdudiyyət aradan götürüldü.

Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi