Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı açıqlanıb - SİYAHI

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı açıqlanıb - SİYAHI Milli Məclisin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib.
Milli Məclis
18 Yanvar , 2022 16:42
Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı açıqlanıb - SİYAHI
Milli Məclis
0 : 00
0 : 00

Milli Məclisin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib.

"Report"un əldə etdiyi məlumata görə, sessiyada yeni qanun layihələrinə baxılması, habelə əvvəlki sessiyadan qalan layihələrin növbəti oxunuşlarda müzakirəsinin davam etdirilməsi nəzərdə tutulur.

Bunlar “Ali təhsil haqqında”, “Qida təhlükəsizliyi haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Qeyri-maddi mədəni irsin qorunması haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında” və s. qanun layihələridir.

Bundan başqa, sessiya ərzində Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi