Milli Məclisin xüsusi iclası başlayıb

Milli Məclisin xüsusi iclası başlayıb İclasın gündəliyinə bir məsələ daxildir
Milli Məclis
30 Mart , 2018 12:01
Milli Məclisin xüsusi iclası başlayıb
Milli Məclis / Report

Bakı. 30 mart. REPORT.AZ / Milli Məclisin ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclası başlayıb.

“Report”un xəbərinə görə, iclasın gündəliyinə bir məsələ daxildir.

Bu, “Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı haqqında” sənəddir.

Xatırladaq ki, bu il yanvarın 18-də Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib.

Son xəbərlər

Orphus sistemi