Milli Məclisin vitse-spikeri: “Deputatlar məsələlərin həllinə nə qədər vəsaitin lazım olduğunu və onun mənbəyini göstərmir”

Milli Məclisin vitse-spikeri: “Deputatlar məsələlərin həllinə nə qədər vəsaitin lazım olduğunu və onun mənbəyini göstərmir” Bakı. 14 noyabr. REPORT.AZ/ “Deputatlar təklif edirlər ki, pensiyaları, uşaqlara verilən müavinətləri artıraq. Bu, çox gözəl təklifdir. Amma kimsə həmin məsələlərin həllinə nə qədər vəsaitin lazım olduğunu və onun mənbəyini göstərmir”.
Milli Məclis
14 Noyabr , 2018 17:05
Milli Məclisin vitse-spikeri: “Deputatlar məsələlərin həllinə nə qədər vəsaitin lazım olduğunu və onun mənbəyini göstərmir”
0 : 00
0 : 00

Bakı. 14 noyabr. REPORT.AZ/ “Deputatlar təklif edirlər ki, pensiyaları, uşaqlara verilən müavinətləri artıraq. Bu, çox gözəl təklifdir. Amma kimsə həmin məsələlərin həllinə nə qədər vəsaitin lazım olduğunu və onun mənbəyini göstərmir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin vitse-spikeri Valeh Ələsgərov deyib.

“Təkliflərdən belə çıxır ki, deputatlar milləti, xalqı sevir, hökumət üzvləri isə bunun əleyhinədir? Onlar da bu millətdəndir. Əgər təkliflərinizin həlli üçün maliyyənin mənbəyini bilirsinizsə, hökumət üzvləri ilə bölüşün”, - deyə V.Ələsgərov bildirib.

Son xəbərlər

Orphus sistemi