Milli Məclisin təntənəli iclası ilə bağlı bir sıra ölkələrin parlamentlərinə dəvət göndərilib

Milli Məclisin təntənəli iclası ilə bağlı bir sıra ölkələrin parlamentlərinə dəvət göndərilib Yubileylə bağlı film, kitab və broşürlər hazırlanır
Milli Məclis
3 Sentyabr , 2018 10:40
Milli Məclisin təntənəli iclası ilə bağlı bir sıra ölkələrin parlamentlərinə dəvət göndərilib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən təntənəli iclasın keçirilməsi ilə bağlı bir sıra ölkələrin parlamentlərinə dəvət göndərilib.

Bu barədə “Report”a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, sentyabrın 20-də keçiriləcək iclasda xarici ölkələrin parlamentlərinin spikerilərinin, nümayəndə heyətlərinin iştirakı gözlənilir.

A.Təvəkküloğlu qeyd edib ki, yubileylə bağlı film, kitab və broşürlər hazırlanır.

Son xəbərlər

Orphus sistemi