Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Prezidenti ilə COP29-dan danışıb

Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Prezidenti ilə COP29-dan danışıb Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam ilə görüşüb.
Milli Məclis
15 May , 2024 10:45
Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Prezidenti ilə COP29-dan danışıb

Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Prezidenti Tarman Şanmuqaratnam ilə görüşündə bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-dan danışılıb.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən nməlumat verilib.

Görüşdə siyasi təmasların, qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli münasibətlərin inkişafında müstəsna rolu qeyd edilib. Həmçinin iqtisadi əlaqələrin ölkələr arasında ikitərəfli münasibətlərin əsas komponentlərindən biri olduğu vurğulanıb, ticari-iqtisadi əlaqələrin hazırki səviyyəsinin daha geniş əməkdaşlıq üçün yaxşı əsas yaratdığı bildirilib.

Həmçinin parlamentlərarası əlaqələr çərçivəsində beynəlxalq parlament təşkilatlarında da əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Həm Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, həm də ASEAN Parlamentlərarası Assambleyasının əməkdaşlıq baxımından yaxşı platformalar olduğu vurğulanıb.

Milli Məclisin sədri Sahibə Qafarova hazırda regionda mövcud olan vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh danışıqları barədə də məlumat verib.

Sinqapur Prezidenti ölkəsinin COP29-da güclü şəkildə təmsil olunacağını bildirib.

Son xəbərlər

Orphus sistemi