Milli Məclisin Sədri: "Ölkəmizdə həmişə rus dilinə qayğı ilə yanaşılıb"

Milli Məclisin Sədri: "Ölkəmizdə həmişə rus dilinə qayğı ilə yanaşılıb" "Ölkəmizdə həmişə rus dilinə və rus mədəniyyətinə qayğı ilə yanaşılıb".
Milli Məclis
23 Sentyabr , 2020 13:17
Milli Məclisin Sədri: Ölkəmizdə həmişə rus dilinə qayğı ilə yanaşılıb
Sahibə Qafarova

"Ölkəmizdə həmişə rus dilinə və rus mədəniyyətinə qayğı ilə yanaşılıb".

"Report" xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, Azərbaycanda Bakı Slavyan Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir: "Respublikanın 300-dən çox orta məktəbində tədris rus dilində aparılır, ali məktəblərin əksəriyyətində rus dilində şöbələr var. Bakıda 1920-ci ildən – 100 il bundan öncə açılışı olmuş Səməd Vurğun adına Rus Dram Teatrı fəaliyyət göstərir". 

"Azərbaycan müxtəlif millətlərin və dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığı, məscidlərin, pravoslav və katolik kilsələrinin, sinaqoqların sərbəst fəaliyyət göstərdiyi çoxmillətli və çoxkonfessiyalı bir ölkədir. Bizim ölkədə Cənubi Qafqazda ən böyük - 120 mindən çox üzvü olan rus icması fəaliyyət göstərir. Bu icmaya altıncı çağırış Milli Məclisin deputatı seçilən Mixail Zabelin başçılıq edir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində rus icmasının fəaliyyətini yüksək dəyərləndirərək deyib. Azərbaycandakı rus icması özünün milli və dini adət-ənənələrini, etnik özünəməxsusluğunu, dilini və mədəniyyətini qoruyub saxlayıb. Bu gün çoxmillətli Azərbaycan cəmiyyətini rus vətəndaşları olmadan təsəvvür etmək olmaz”, - spiker bildirib.

Son xəbərlər

Orphus sistemi