Milli Məclisin sədri müxalif deputatların fəaliyyətindən danışıb

Milli Məclisin sədri müxalif deputatların fəaliyyətindən danışıb "9 siyasi partiyanın nümayəndələri mandat qazanıblar"
Milli Məclis
427
10 Mart , 2021 19:44
Milli Məclisin sədri müxalif deputatların fəaliyyətindən danışıb
0 : 00
0 : 00

"Parlamentin qarşısında duran mühüm vəzifələrdən biri də Azərbaycanda siyasi dialoqun, siyasi islahatların dərinləşməsinə və uğurlu nəticələrlə müşayiət olunmasına dəstək və töhfə verməkdən ibarətdir. Ötən bir ildə Milli Məclis Azərbaycanda yeni siyasi konfiqurasiyanın formalaşması üçün görülən işlərin parlament səviyyəsində dəstəklənməsi istiqamətində lazımi addımlar atıb".

"Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova martın 10-da parlamentdə "Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu" mövzusunda keçirilən konfransda deyib.

"Ölkəmizdə siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün altıncı çağırış Milli Məclisin və onun komitələrinin rəhbərliyində müxalif partiyaların nümayəndələri də təmsil olunub, ölkənin siyasi sisteminin təkmilləşdirilməsi işində Milli Məclis daha fəal rol oynamağa başlayıb. Milli Məclisdə 9 siyasi partiyanın nümayəndələri mandat qazanıblar. Ötən ilin sonlarında daha iki partiyanın dövlət qeydiyyatına alınması ilə bu say 11-ə yüksəlib. Bu qədər partiyanın parlamentdə təmsil olunması və müxalif partiyalardan olan deputatların parlamentdə mühüm vəzifələrə seçilməsi Azərbaycanın demokratik inkişafı baxımından böyük önəm kəsb edir. Milli Məclis əsas siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini tam əks etdirməklə siyasi dialoq, milli və dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsinə, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulmasına töhfə verir", - spiker vurğulayıb.

Son xəbərlər

Orphus sistemi