Milli Məclisin sədri Kambocaya səfər edib
Milli Məclis
- 20 noyabr, 2022
- 14:57
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti noyabrın 20-də Kamboca Krallığına səfərə gəlib.
"Report" xəbər verir ki, Pnompen beynəlxalq hava limanında nümayəndə heyətimizi ölkəmizin Kamboca Krallığındakı səfiri Şövqi Mehdizadə, Kamboca Milli Assambleyasının deputatları Ker Çanmoni, Man Navi, Mak Vanstiha, Ti Soxun və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində nümayəndə heyəti burada keçiriləcək Cənub-Şərqi Asiya Ölkələri Parlamentlərarası Assosiasiyası (AİPA) Baş Assambleyasının 43-cü iclasında iştirak edəcək.
Milli Məclisin sədrinin Kamboca Krallığının rəsmiləri və tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.
Son xəbərlər
01:23
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
Digər ölkələr00:53
Foto
"Fənərbağça" 18 ildən sonra Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib
Futbol00:38
Yaponiya sahillərində güclü zəlzələ baş verib
Digər ölkələr00:13
"Bloomberg": ABŞ-nin müttəfiqləri Hörmüz boğazında hələ də mina olduğunu bildirirlər
Digər ölkələr23:48
Madyar: "Pakş" AES maksimum enerji istehsalı səviyyəsinə çatıb
Digər ölkələr23:33
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
Digər ölkələr23:12
"Çelsi" "Atalanta"dan ikinci müdafiəçini transfer edəcək
Futbol23:01
Qətərin Baş naziri sabah İrana səfər edəcək
Region22:35