Milli Məclisin sabahkı plenar iclasının gündəliyinə dəyişiklik edilib

Milli Məclisin sabahkı plenar iclasının gündəliyinə dəyişiklik edilib Milli Məclisin sabahkı plenar iclasının gündəliyinə dəyişiklik edilib.
Milli Məclis
11 Aprel , 2022 15:28
Milli Məclisin sabahkı plenar iclasının gündəliyinə dəyişiklik edilib

Milli Məclisin sabahkı plenar iclasının gündəliyinə dəyişiklik edilib.

"Report"un məlumatına görə, toplantının gündəliyindəki məsələlərin sayı 4-dən 6-ya çatdırılıb.

Parlamentin sabah keçiriləcək iclasında aşağıdakı məsələlər müzakirə olunacaq:

1. "Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında" təqdimat;

2. "Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında" təqdimat;

3. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi.

4. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (ikinci oxunuş).

5. Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

6. Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

Son xəbərlər

Orphus sistemi