“Siyasi partiyalar haqqında" yeni qanun layihəsi I oxunuşda qəbul edilib - YENİLƏNİB

“Siyasi partiyalar haqqında" yeni qanun layihəsi I oxunuşda qəbul edilib - YENİLƏNİB Milli Məclisin bu gün keçirilən plenar iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis
29 Noyabr , 2022 15:54
“Siyasi partiyalar haqqında yeni qanun layihəsi I oxunuşda qəbul edilib - YENİLƏNİB

“Siyasi partiyalar haqqında" yeni qanun layihəsi I oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.

"Report"un xəbərinə görə, layihəni Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli təqdim edib.

Qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir. 

Daha sonra yeni qanun layihəsi ilə bağlı deputatlar təklif və fikirlərini səsləndiriblər. 

Müzakirələrdən sonra yeni qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” mövcud qanun 1992-ci ildə qəbul edilib.

12:29

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, layihə barədə Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli məlumat verib.

O, layihənin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənildiyini, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələrinin nəzərə alındığını bildirib.

Daha sonra yeni qanun layihəsi deputatların müzakirəsinə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi