Milli Məclis hökumətin hesabatını qəbul edib - YENİLƏNİB-2

Milli Məclis hökumətin hesabatını qəbul edib - YENİLƏNİB-2 Milli Məclisin yaz sessiyası üçün nəzərdə tutulan növbəti plenar iclası başlayıb.
Milli Məclis
17 Mart , 2023 17:29
Milli Məclis hökumətin hesabatını qəbul edib - YENİLƏNİB-2

Parlamentdə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatı qəbul olunub. 

“Report” xəbər verir ki, hesabat Milli Məclisin bugünkü plenar iclasında deputatların müzakirəsindən sonra səsverməyə çıxarılaraq qəbul edilib. 

Bununla da parlamentin bugünkü plenar iclası başa çatıb.

11:07

Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim olunur.

"Report" xəbər verir ki, hökumətin hesabatını deputatlar qarşısında Baş nazir Əli Əsədov təqdim edir.

Hesabat təqdim olunandan sonra deputatların müzakirəsi başlayacaq.

11:02

Milli Məclisin yaz sessiyası üçün nəzərdə tutulan növbəti plenar iclası başlayıb.

“Report” xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə bir məsələnin müzakirəsi daxil edilib.

Belə ki, parlamentin bugünkü iclasında Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat dinləniləcək.

İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edir.

Baş nazir hökumətin 2022-ci ildəki hesabatını deputatlara təqdim edəcək.

Son xəbərlər

Orphus sistemi