Yuxarı

Milli Məclisin plenar iclası başlayıb

İclasın gündəliyinə 19 məsələ daxildir
© Report

Bakı. 23 fevral. REPORT.AZ/ Milli Məclisin növbəti plenar iclası başlayıb.

“Report”un xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 19 məsələ daxildir.

Bunlar "Patent haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Baytarlıq haqqında", "Fitosanitar nəzarəti haqqında", "Yeyinti məhsulları haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Yol hərəkəti haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" və.s qanunlara, o cümlədən Miqrasiya və İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir.

Bundan başqa, iclasda yeni hazırlanan "Standartlaşdırma haqqında" və "Texniki tənzimləmə haqqında" qanun layihələrinə də baxılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi