Dövlət büdcəsinə dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə olunub

Dövlət büdcəsinə dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə olunub Milli Məclisin növbədənkənar sessiyasının növbəti komitə iclası keçirilir.
Milli Məclis
2492
4 Avqust , 2020 18:20
Dövlət büdcəsinə dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə olunub
Milli Məclis / Report

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başa çatıb.

"Report" xəbər verir ki, iclasın gündəliyində olan hər üç məsələ parlamentin plenar iclasına tövsiyə olunub.

15:00

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbədənkənar sessiya çərçivəsində iclası başlayıb. 

"Report" xəbər verir ki, yığıncaqda Maliyyə naziri Samir Şərifov, Maliyyə nazirinin müavini Azər Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Dövlət Gömrük Komitəsinin Baş idarə rəisi Mirqasım Vahabov və deputatlar iştirak edirlər.

İclasın gündəliyinə üç məsələ daxil edilib: 

1.“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

2.”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

3.“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Orphus sistemi