Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.
“Report”un xəbərinə görə, bu gün keçirilən son iclasda Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiya müddətində 9 iclas keçirilib, 90 qanun və qərar qəbul edilib.
İclasın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Bununla da Milli Məclisin deputatları tətilə çıxıb.
Parlamentin üzvləri iyulun 15-dən avqustun 30-dək istirahətdə olacaqlar.