Milli Məclisin komitələrinin Şuşada keçiriləcək birgə iclasının vaxtı məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, mayın 21-də Şuşa şəhərində parlamentin Gənclər və idman komitəsinin Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birgə toplantısı baş tutacaq.
Toplantının gündəliyi barədə yaxın günlərdə məlumat veriləcək.