Milli Məclisin komitə sədri “ölü donor” termininə etiraz edib

Milli Məclisin komitə sədri “ölü donor” termininə etiraz edib Bakı. 5 iyun. REPORT.AZ/ Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna təklif edilən dəyişiklik layihəsindəki “ölü donor” termininin dəyişdirilməsini təklif edib.
Milli Məclis
5 İyun , 2018 12:47
Milli Məclisin komitə sədri “ölü donor” termininə etiraz edib
Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 5 iyun. REPORT.AZ/ Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna təklif edilən dəyişiklik layihəsindəki “ölü donor” termininin dəyişdirilməsini təklif edib.

“Report”un xəbərinə görə, komitənin bu gün keçirilən iclasında Ə.Əmiraslanov qeyd edib ki, bu, uğursuz termindir, başqa bir terminlə əvəz edilməlidir.

Komitə sədri deyib ki, bu termin tərcümə olunub və layihəyə daxil edilib.

Xatırladaq ki, dəyişikliklə qanunun “Əsas anlayışlar” bölməsinə “ölü donor – beyin ölümü, ürək ölümü və ya bioloji ölüm meydana gəlmiş 1 yaşdan yuxarı şəxs” cümləsi əlavə olunur. Bundan başqa, “Canlı donor - öz orqan və (və ya) toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq verən fəaliyyət qabiliyyətli 18 yaşdan yuxarı sağlam şəxs” cümləsi də əlavə edilir.

Son xəbərlər

Orphus sistemi