Bakı. 3 may. REPORT.AZ/ Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov dərman vasitələrinin reklamının qadağan olunmasını təklif edir.
“Report”un xəbərinə görə, komitənin bu gün keçirilən iclasında Ə.Əmiraslanov deyib ki, dərman vasitəsinin reklamı siqaretin reklamından da təhlükəlidir.
O qeyd edib ki, bununla bağlı qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmalıdır: “Bəzən spirtli içkilər də reklam edilir. Bu, düzgün deyil. İnkişaf etmiş ölkələrin əksəriyyətində bu reklamlar qadağandır”.